Metak

Xəbərlər

07.04.2015.

Yeni saytımıza xoş gəlmisiniz!

Ümidvarıq ki, bizim saytımızda Sizi maraqlandıran hər bir məlumatı tapa bilərsiniz.

 

08.04.2015

Bizim saytda tapacaqlarınız.

 

Bizim saytımıza qonaq gəldiyiniz üçün şadıq! Çalışarıq sizə zəruri məlumat verək.

Bizim müəssiəsə yüksək keyfiyyətli  tökmə və döymə metal məmulatlarını sizin diqqətinizə çatdırır. Saytımızın menüsunda “Məhsullarımız” bölümünə tıklamakla müvafiq bölmələr üzrə işlərimizlə tanış ola bilərsiniz. Bu zaman iki opsiya, “tökmə məmulatlar” və “döymə məmulatlar” adlı opsiyalara rast gələcəksiniz. Sizi maraqlandıran istinadlarla gördüyümüz işlərlə tanış ola bilərsiniz.

Həmçinin “Layihələrimiz” bölməsində bizim döymə məmulatlarla tanış ola bilərsiniz. Bu bölmədə Four Seasons Baku oteli üçün tərəfimizdən hazırlanmış pilləkən məhəccəri, Aquatherm Baku 2014 sərgisindəki stendimiz, bizim şou-rumunun fotoları (bu fotolar arasında tərəfimizdən döymə üsulla hazırlanmış  darvazalar, döymə qapılar, döymə çilmiraqlar, döymə çarpayılar, döymə masalar, döymə kətillər, döymə manqallar, interyer və eksteryer üçün nəzərdə tutulan digər döymə və tökmə məmulatlar) diqqətinizə çatdırılacaq.

“Eskizlərimiz” bölməsi dizaynerlərimiz tərəfindən hazırlanmış bizim məşhur nəfis tərtibat işlərini əks etdirir.

Əgər suallarınız yaranarsa, bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. “Əlaqə” bölməsində bizə məktub göndərmək və ya orada göstərilən vasitələrlə birbaşa əlaqə yaratmaq mümkündür. Hər zaman suallarınızı cavablandırmağa, maraqlarınızı təmin etməyə hazırıq!

Ümid edirik ki, səhifəmizdə sizə təqdim etdiklərimiz zövqünüzü oxşamaqla yanaşı, işlərimizə qiymət verməkdə sizə yardımçı olacaqdır. Xoş seyrlər arzulayırıq!

 

P.S. Diqqətinizə çatdırırıq ki, saytda təqdim olunan materiallara dair müəlliflik hüququ müəssisəmizə məxsusdur və sayta istinad etmədən bu materiallardan istifadə etmək olmaz!

 

20.04.2015.

Döymə və tökmə məmulatların hazırlanmasında hansı fərqlər var?

 

Bu məmulatların hazırlanması prosesindəki fərqləri diqqətinizə çatdırmaq istərdik.

Tökmə işi metalın bədii tərtibatının qədim zamanlardan istifadə olunan üsullarındandır. Bu proses mürəkkəb olmaqla yanaşı çox zəhmət tələb edən bir sahə sayılır. İlk olaraq  hazırlanacaq məmulatın layihə və rəsmləri  tərtib edilir və texnoloq tərəfindən müvafiq tökmə metodu müəyyən olunur. Heykəltəraş və modelçilər eskizləri real plastik forma halına salır, daha sonra qəlibçi tərəfindən metalın tökülməsi məqsədilə modelə uyğun qəlib düzəldilir. Sonda əridici və tökücü metalı əridərək hazırlanmış qəlibə tökürlər.

Döymə işində isə metalın bədii tərtibatı metal üzərində cəkiç vasitəsilə döyəcləmələrlə həyata keçirilir. Qeyd etmək lazımdır ki, döymə işi də özlüyündə soyuq və qaynar döymə üsullarına bölünür. Birinci üsul əsas etibarilə zərgərlik məmulatlarının, ikinci üsul isə eksteryer və interyerlər üçün  məmulatların hazırlanmasında tətbiq olunur. İşə başlamazdan əvvəl dəmirçi dəmiri ocaqda isidir, bundan sonra çəkiclə metal üzərində döyəcləmələr etməklə metalı deformasiyaya məruz qoyur. Döymə işi hər zaman unikal və təkrarolunmazdır, belə ki, metal üzərinə vurulan zərbələrin ağırlığı, isitmə temperaturu, işləri yerinə yetirən şəxslərin fərdiliyi hər zaman işin nəticsəində özünü büruzə verir. Bu fərdilik və fərqlilik də döymə işinin bədii keyfiyyətlərinin özünəməxsus  çalarlarında ifadə olunur.