Metak

Döymə və tökmə texnologiyası

20.04.2015.

Döymə və tökmə məmulatların hazırlanmasında hansı fərqlər var?

 

Bu məmulatların hazırlanması prosesindəki fərqləri diqqətinizə çatdırmaq istərdik.

Tökmə işi metalın bədii tərtibatının qədim zamanlardan istifadə olunan üsullarındandır. Bu proses mürəkkəb olmaqla yanaşı çox zəhmət tələb edən bir sahə sayılır. İlk olaraq  hazırlanacaq məmulatın layihə və rəsmləri  tərtib edilir və texnoloq tərəfindən müvafiq tökmə metodu müəyyən olunur. Heykəltəraş və modelçilər eskizləri real plastik forma halına salır, daha sonra qəlibçi tərəfindən metalın tökülməsi məqsədilə modelə uyğun qəlib düzəldilir. Sonda əridici və tökücü metalı əridərək hazırlanmış qəlibə tökürlər.

Döymə işində isə metalın bədii tərtibatı metal üzərində cəkiç vasitəsilə döyəcləmələrlə həyata keçirilir. Qeyd etmək lazımdır ki, döymə işi də özlüyündə soyuq və qaynar döymə üsullarına bölünür. Birinci üsul əsas etibarilə zərgərlik məmulatlarının, ikinci üsul isə eksteryer və interyerlər üçün  məmulatların hazırlanmasında tətbiq olunur. İşə başlamazdan əvvəl dəmirçi dəmiri ocaqda isidir, bundan sonra çəkiclə metal üzərində döyəcləmələr etməklə metalı deformasiyaya məruz qoyur. Döymə işi hər zaman unikal və təkrarolunmazdır, belə ki, metal üzərinə vurulan zərbələrin ağırlığı, isitmə temperaturu, işləri yerinə yetirən şəxslərin fərdiliyi hər zaman işin nəticsəində özünü büruzə verir. Bu fərdilik və fərqlilik də döymə işinin bədii keyfiyyətlərinin özünəməxsus  çalarlarında ifadə olunur.

 

Niyə bağ mebeli dəmirdən olmalıdır?

Dəmir mebel plastik mebeldən fəqrli olaraq özündə bir-neçə müsbət keyfiyyətləri əhatə edir, bunlar möhkəmlik, zahiri cazibədarlıq və etibarlılıqdır. Agac materiallarından hazırlanmış mebellər ekoloji və təmas baxımından xoşagəlimli olsa da, təbii xüsusiyyətləri, yəni çürüməsi, şişməsi səbəbindən dözümlü sayıla bilməz. Bu səbəbdən agac materialların üzərinə hər hansı bir vasitə, lak və ya boya çəkilməsi belə onları aşınmadan qoruya bilmir və zaman keçdikcə mebellərin zahiri görünüşü, həmçinin keyfiyyəti də itir. Nəticə etibarilə ağac materialından hazırlanmış mebellərin yalnız bəzi bağ mebel aksesuarları kimi işlənməsi tövsiyyə olunur.

Mebellərin dəmirdən hazırlanması onları yağış, qızmar günəş şüaları, temperatur fərqləri, kiçik yaşlı uşaqların və ya ev heyvanlarının mənfi təsirindən qorumaq kimi qayğılardan sizi azad etmiş olur. Metalın ağırlığı və dözümlülüyü onun uzunmüddətli istifadəyə daha yararlı edir. Bağ stulları, masa və kətillər dəmirdən hazırlanmışsa, artıq onlar mexaniki təsir və deformasiyalara məruz qalmadan uzun illər təyinatı üzrə xidmətinizdə olacaqdırlar. Unutmaq lazım deyil ki, dəmirdən hazırlanmış mebellərə hər hansı bir xüsusi qulluq da tələb olunmur.